Gündəm

472 gündəlik yoluxma aşkarlanıb, 11 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 472 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 1 122 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan mayın 16-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 11 nəfər də vəfat edib.
Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 329843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 314900-ü sağalıb, 4779-u vəfat edib, 10164-ü isə aktiv xəstədir.

Açıqlamaya görə, Azərbaycanda son sutka ərzində 8 374, hazırkı dövrədək isə ümumilikdə 3 384 053 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button