Gündəm

509 gündəlik yoluxma aşkarlanıb, 16 ölüm

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 1427 nəfər də sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan mayın 13-də verilən məlumata görə, habelə COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 328 min 668 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 311 min 198-i sağalıb, 4742-i vəfat edib, 12728-i isə aktiv xəstədir.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7733, hazırkı dövrədək isə ümumilikdə 3 milyon 360 min 900 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button