Gündəm

62 gündəlik yoluxma aşkarlanıb 

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
62 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 33 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 5-də verilən məlumata görə, son sutkada COVID-19-dan ölən olmayıb.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 336 min 479 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 min 466-ı sağalıb, 4978-i vəfat edib, aktiv xəstə sayı 1035-ə yüksəlib.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə

5951, ötən müddət ərzində isə ümumilikdə 3 milyon 793 min 40 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button