Gündəm

649 gündəlik yoluxma aşkarlanıb, 16 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 649 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1720 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan mayın 8-də yayılan məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 16 nəfər də vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 326 056 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 304 580-i sağalıb, 4 666-sı vəfat edib, 16810 şəxs isə aktiv xəstədir.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10 244, ötən müddət ərzində isə ümumilikdə 3 321 511 test aparılıb.
Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button