Gündəm

69 gündəlik yoluxma aşkarlanıb, 3 ölüm 

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına

69 yeni yoluxma faktı qeydə alınıb,  bu virusa yoluxanlardan 40 nəfər sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu gün, iyulun 12-də habelə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər də  vəfat edib. 

Açıqlamaya görə, indiyədək Azərbaycanda ümumilikdə 337 min 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 min 802-i sağalıb, 4987-i vəfat edib, aktiv xəstə sayı isə  1534-ə yüksəlib. 

Qurum qeyd edir ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar  ölkədə 6271, ötən müddət ərzində isə ümumilikdə 3milyon  858 min  551 test aparılıb. 

Xatırlatma 

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button