Gündəm

76 min 349 nəfər təltif olunub

Dövlət başçısının iyunun 24-də imzaladığı sərəncamlarla 11 min 365 nəfər “Füzulinin azad olunmasına görə”, 11 min 831 nəfər “Xocavəndin azad olunmasına görə”, 3 min 435 nəfər “Zəngilanın azad olunmasına görə”, 10 min 211 nəfər “Cəbrayılın azad olunmasına görə”, 5 min 867 nəfər “Qubadlının azad olunmasına görə”, 5 min 784 nəfər “Şuşanın azad olunmasına görə”, 3 min 522 nəfər “Ağdamın azad olunmasına görə”, 4 min 225 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 2 min 643 nəfər “Laçının azad olunmasına görə”, 10 min 647 nəfər “Suqovuşanın azad olunmasına görə”, 731 nəfər “Vətən uğrunda”, 616 nəfər “İgidliyə görə”, 2 min 893 nəfər “Cəsur döyüşçü”, 786 nəfər “Döyüşdə fərqlənməyə görə”, 1 min 743 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.

Prezidentin digər sərəncamı ilə iki nəfər “Qarabağ”, 28 hərbiçi “Azərbaycan Bayrağı”, 13 nəfər 3-cü dərəcəli “Rəşadət”, 7 nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub.

Ümumilikdə təltif olunanların sayı 76 min 349 nəfərdir.

1988-ci ildə başlanan Qarabağ müharibəsində Azərbaycana məxsus Dağlıq Qarabağ və ətraf rayonlar işğal edilmişdi. Ötən il 44 günlük müharibədə Azərbaycan Dağlıq Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Müdafiə Nazirliyinin məlumatına görə, bu döyüşlərdə 3 min Azərbaycan hərbi qulluqçusu həlak olub.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button