Gündəm

78 gündəlik yoluxma aşkarlanıb 

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 78 yeni yoluxma faktı qeydə alınıb, bu virusa  yoluxanlardan 47 nəfər sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 6-da verilən məlumata görə, son sutkada COVID-19-dan ölkədə ölüm halı qeydə alınmayıb. 

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 336 min 557  nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 min 513-ü sağalıb, 4978-i vəfat edib, aktiv xəstə sayı 1066-ya yüksəlib. 

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar  ölkədə  9952, ötən müddət ərzində isə ümumilikdə 3 milyon 802 min 992 test aparılıb. 

Xatırlatma 

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button