Gündəm

‘8 Noyabr’ stansiyası istifadəyə verilib

Bu gün, mayın 29-da Bakı Metropoliteninin “8 Noyabr” stansiyası istifadəyə verilib.
AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev stansiyada yaradılan şəraitlə tanış olub.

İlham Əliyev “8 Noyabr” stansiyasında

Yeni istifadəyə verilən stansiya ötən il mayın 8-də Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşa şəhərinin işğaldan azad edilməsi münasibəti ilə “8 Noyabr” adlandırılıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlanmışdı.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ötən il isə 44 günlük savaş və sonrakı razilaşma nəticəsində Azərbaycan işğal altında olan ərazisinin çox hissəsini azad edib.

“8 Noyabr stansiyası”

“8 Noyabr” stansiyasının giriş-çıxışı
Bakı metrosunun yeni

Bakı metrosunun yeni “8 Noyabr” stansiyası

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button