Gündəm

87 gündəlik yoluxma aşkarlanıb, 3 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 70 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyunun 29-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 335 min 961 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 min 193-i sağalıb, 4973-ü vəfat edib, aktiv xəstə sayı 795-ə düşüb.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7238, ötən müddət ərzində isə ümumilikdə 3740432 test aparılıb.

Nazirlər Kabinetindən yeni qərar

Azərbaycanda koronavirusla bağlı ötən ilin martından karantindir. Bu müddət ərzində dəfəlrlə sərtləşdirilib, daha sonra yumşaldılan rejim, hələlik, avqustun 1-nə kimi uzadılıb.

Nazirlər Kabineti iyunun 29-da “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklik edərək həftəsonları ictimai nəqliyyatın işləməməsi müddətini də avqustun 1-nə kimi uzadıb.

Amma bu həftənin şənbə günü Azərbaycanda ictimai nəqliyyat işləyəcək. İyulun 3-də Bakıda Avropa Çempionatının 1/4 final oyunlarından biri (Danimarka – Çexiya) keçiriləcək. Bununla əlaqədar iyulun 3-də avtobuslar və metro fəaliyyət göstərməlidir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button