Cəmiyyət

9 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il mayın 26-da qida məhsulları sahəsində fəaliyyət göstərən 23 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Bu barədə “Report”a Qida Təhlükəsizliyi Agentliyindən məlumat evrilib.
Bildirlib ki, qeyd edilən tarixdə 9 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

Rəhimov Röyal Şəmil oğlu

ictimai iaşə

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

2

Əsgərov Nəbi Məmməd oğlu

ictimai iaşə

Sahibkar hal-hazırda fəaliyyət göstərmir.

3

Məhərrəmov Pənah Misirxan oğlu

pərakəndə satış

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

4

İlyasov Süleyman Məzahir oğlu

emal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

5

Umbatov Qurban Şakir oğlu

istehsal

Sahibkar hal-hazırda fəaliyyət göstərmir.

6

“AHIMSA” MMC

istehsal

Sahibkar hal-hazırda fəaliyyət göstərmir.

7

Nuriyev Rauf Asif oğlu

pərakəndə satış

Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir.

8

Bayramov Abduləli Qurban oğlu

pərakəndə satış

Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir.

9

Nəsirova Vəfa Tanirverdi qızı

ictimai iaşə

Sahibkar hal-hazırda fəaliyyət göstərmir.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button