Gündəm

95 gündəlik yoluxma aşkarlanıb

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 95 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 42 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 3-də verilən məlumata görə, son sutka ərzində koronavirusdan ölüm qeydə alınmayıb.
Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 336318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 380-i sağalıb, 4977-i vəfat edib, aktiv xəstə sayı 961-ə yüksəlib.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10428, ötən müddət ərzində isə ümumilikdə 3778410 test aparılıb

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button