Dünya

ABŞ 12 500 əfqanıstanlını təxliyə edəcək

ABŞ əvvəlcədən planlaşdırdığı kimi Əfqanıstanın 2 500 vətəndaşını üçüncü ölkəyə deyil, öz ərazisinə təxliyə edəcək.
“Report” xəbər verir ki, məlumatı “NBC News” telekanalı yayıb.
Bir müddət əvvəl ABŞ Prezidenti Cozef Bayden bildirmişdi ki, amerikalılarla əməkdaşlıq etmiş Əfqanıstanın minlərlə vətəndaşını ABŞ-a təxliyə edəcəklər.
Bildirilib ki, daha 10 min əfqanıstanlı ABŞ hərbi bazasına və ya üçüncü ölkəyə köçürüləcək. Amerikalılar Əfqanıstandan çıxmağa başlayandan sonra ABŞ-la işləmiş 20 min nəfər köçmək üçün müraciət edib.
Xatırladaq ki, ABŞ və NATO qoşunları bu ilin mayından çıxarmağa başlayıb. Prosesin 2021-ci il sentyabrın 11-dək başa çatacağı planlaşdırılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button