Siyasət

ABŞ Azərbaycanın üç erməni hərbçisini qaytarmasını alqışlayıb

ABŞ üç erməni hərbçisinin Azərbaycan tərəfindən geri qaytarılmasını alqışlayıb.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin tvitterdəki paylaşımında deyilir.

“Hər iki tərəfi bütün məhbusların, saxlanılmış şəxslərin, əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi prosesini tam və operativ şəkildə başa çatdırmağa, eyni zamanda məhbuslarla insani rəftarın təmin edilməsinə dair öhdəliklərinə əməl etməyə çağırırıq”, – ABŞ dövlət katibinin açıqlamasında deyilir.

Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanizm və humanist siyasətə uyğun olaraq, 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağda tərk-silah edilmiş üç erməni hərbçisi geri qaytarılıb və Yerevana göndərilib.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button