Dünya

ABŞ-da atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Arizona ştatında atışma olub.
“Report” xəbər verir ki, bu barədə “FOX 10 Phoenix” telekanalı polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Finiks şəhərində, “Hyatt Regency” otelində baş verib. Atışma zamanı 1 nəfər öldürülüb, daha 7 nəfər xəsarət alıb. Xəsarət alanlar 18-22 yaşlı gənclərdir. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.
Yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər. Onların kimliyi açıqlanmır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button