Dünya

ABŞ-da atışma zamanı 1 nəfər yaralanıb

ABŞ-ın Nyu-York şəhərində silahlı insident zamanı 1 nəfər yaralanıb.
“Report”un məlumatına görə, bu barədə polisdəki mənbələrə istinadən “New York Post” qəzeti bildirib.
Nəşr qeyd edib ki, hadisə zərərçəkən şəxsin ailəsi ilə Nyu-Yorkun mərkəzində, Tayms-skverdə yerləşən “Mariott” mehmanxanasının yanından gedən vaxt olub. Bu zaman ona güllə dəyib.
Yaralı xəstəxanaya çatdırılıb, onun səhhəti barədə məlumat verilmir. Qəzet qeyd edib ki, həmin şəxs insident zamanı təsadüfən yoldan keçirmiş, o, atışmada iştirak etməyib.
Polis əməkdaşları silahlı insidentdə iştirak edən iki nəfəri axtarır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button