Dünya

ABŞ-da atışma zamanı azı 3 nəfər öldürülüb

ABŞ-ın Ohayo ştatında atışma olub.
“Report” xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Uest Ceffersonda, evlərdən birində qeydə alınıb. Atışma zamanı 3 nəfər həlak olub. Qeyd edilir ki, binada bir neçə meyit aşkarlanıb. Lakin rəsmi qurumlar onların dəqiq sayını açıqlamır.
Hadisənin baş verdiyi ərazi polis tərəfindən əhatəyə alınıb. Hüquq-mühafizə orqanları əraziyə baxış keçirirlər. Bununla yanaşı, ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button