Dünya

ABŞ-da atışmalar zamanı 1 körpə öldürülüb, xəsarət alanlar var

ABŞ-ın Miçiqan ştatının Detroyt şəhərində baş verən atışmalar zamanı ikiyaşlı körpə həlak olub, daha bir neçə nəfər yaralanıb.
“Report”un məlumatına görə, bu barədə “Independent” bildirib.
Birinci hadisə avtomobildən içində uşaqların olduğu digər maşına atəş açılması ilə bağlıdır. Silahlı insident nəticəsində doqquz yaşlı uşaq və iki yaşlı körpə yaralanıb. Oğlanlar xəstəxanaya çatdırılıb, yaralılardan kiçiyi ölüb, yaşca böyük isə ağır vəziyyətdədir.
İkinci hadisə də həmçinin bir maşından digərinə atəş açılması ilə bağlıdır. Hadisə zamanı avtomobillərdən birində iki nəfər olub. Onlar atışma zamanı xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Xəsarət alanların həyatı üçün təhlükə yoxdur.
Atışmaların başvermə səbəbi və hadisələri törədənlər hələ müəyyənləşdirilməyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button