Mədəniyyət

ABŞ-da “Billboard Music Awards” musiqi mükafatları təqdim olunub

Bakı. Orxan Nəbiyev – Trend:
ABŞ-ın Los-Anceles şəhərində “Billboard Music Awards” musiqi mükafatları təqdim olunub.
Trend-in məlumatına görə, kanadalı müğənni “The Weeknd” 10 kateqoriya üzrə, o cümlədən “Ən yaxşı ifaçı”, “Ən yaxşı kişi ifaçı” və “Hot 100 reytinqində ən yaxşı ifaçı” mükafatlarını qazanıb.
Rep musiqiçisi “Pop Smoke” ölümündən sonra beş mükafata layiq görülüb.

Cənubi Koreyanın “BTS” qrupu və puerto-rikolu müğənni Benito Okasio dörd mükafat alıb.
Teylor Svift “Ən yaxşı qadın ifaçı”, Ledi Qaqa “Ən yaxşı rəqs musiqisi ifaçısı” və “Ən yaxşı rəqs albomu” kateqoriyalarında qalib adını qazanıblar.

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button