Dünya

ABŞ-da dörd polis güllələnib |

ABŞ-ın Texas ştatının Levelland şəhərində dörd polis əməkdaşı güllə yarası alıb.
“Report” xəbər verir ki, bu barədə şəhər polis idarəsinin yaydığı məlumatda deyilir.
Belə ki, evində gizlənən silahlı şəxs əraziyə gələn polislərə atəç açıb. Nəticədə dörd polis əməkdaşı yaralanıb.
Qeyd olunub ki, onlardan ikisinin vəziyyəti ağırdır. Yerli telekanallar yaralanan polislərdən birinin öldüyü barədə məlumat yaysa da, xəbər rəsmi təsdiqlənməyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button