İqtisadiyyat

ABŞ-da evlərin bahalaşması mayda rekorda çatıb

May ayında ABŞ-da təkrar mənzil bazarında qiymətlər yaşayış sahələrinin azlığı və kredit faizlərinin aşağı olması fonunda ötən ilin analoji ayına nisbətən 23,4% artıb. Bu, sözügedən statistikanın aparıldığı 1999-cu ildən bəri ən böyük illik artımdır.
“APA-Economics”in “Kommersant”a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Milli Rieltorlar Assosiasiyasının (NAR) açıqlamasında deyilir.
İstehlakçıların pandemiya məhdudiyyətlərinə görə daha rahat və geniş mənzil tapmaq istədikləri üçün keçən yaydan bəri ABŞ-da evlərin qiymətləri durmadan artır. May ayında ABŞ-da mənzillərin orta satış qiyməti ilk dəfə 350 min dolları ötüb, eyni zamanda, daşınmaz əmlaka olan yüksək tələbat səbəbindən təkliflərin sayı azalıb və bu da mayda evlərin satışlarını aprellə müqayisədə 0,9 azaldıb. Bu, ölkədə daşınmaz əmlak ardıcıl bahalaşdığı dördüncü ayıdır. Bazara çıxarılan mənzil rekord bir müddətdə realizə olunur – alqı-satqı sövdələşməsi 17 günə tamamlanır. Ötən ilin may ayında sövdələşmə prosesi 26 gün çəkirdi.
NAR mütəxəssislərinin fikrincə, daşınmaz əmlak bazarı üzrə proqnozlar müsbətdir. “Təkliflərin sayının artması gözlənilir ki, bu da alıcılar üçün daha çox seçim imkanını təmin edəcək və evlərin təkrar bazarında orta rekord qiymətləri endirməyə kömək edəcək”, – NAR-ın baş iqtisadçısı Lorens Yun (Laurence Yoon) bildirib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button