Dünya

ABŞ-da Müstəqillik Günündə 150 nəfər öldürülüb

ABŞ-da 4 iyul – Müstəqillik Günündə 400-dən çox silahlı insident baş verib, nəticədə azı 150 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-da zorakılığın müşahidəsini aparan “Gun Violence Archive” qrupu hesabatında bildirib.
Araşdırma qrupu vurğulayıb ki, iyulun 2-4-də Nyu-Yorkda 21 atışma faktı qeydə alınıb. Bu hadisələr zamanı 26 nəfər ölüb.
Məlumata görə, bu il Nyu-Yorkda silahlı insidentlərin sayı ötən ilki ilə müqayisədə 40 faiz artıb. 2020-ci ildə 767 nəfər öldürülüb.
İllinoys ştatının Çikaqo şəhəri Polis İdarəsinin baş komissarı Devid Braun bildirib ki, iyulun 4-ü ilin ən çətin günü yaşanıb: “Silahlı insidentlər nəticəsində 83 nəfər yaralanıb, 14 nəfər ölüb. Ölənlərdən ikisi 5 və 6 yaşlarında qızlardır”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button