Dünya

ABŞ-da partlayış olub, 16 nəfər yaralanıb

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində pirotexnikanın partlaması nəticəsində biri polis olmaqla azı 16 nəfər yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı yerli hakimiyyət yayıb.
Partlayış hüquq mühafizə orqanlarının iki tondan artıq pirotexniki vasitəni müsadirə etdiyi zaman baş verib.
Yaralı sakinlərin bir neçəsi hospitala yerləşdirilib.Onlardan 3-nün vəziyyəti ağırdır.
Hadisə nəticəsində ətrafdakı binalara və avtomobillərə ziyan dəyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button