Dünya

ABŞ-da polis əleyhdarlarına hücum olub, ölən və yaralananlar var

ABŞ-da polis zorakılığı əleyhinə keçirilən aksiyanın iştirakçılarına hücum olub.
“Report” xəbər verir ki, bu barədə Minneapolis Polis Departmentinin tvitterdəki hesabında bildirilib.
Qeyd edilir ki, naməlum şəxs avtomobilini polis zorakılığına qarşı aksiya keçirən 40-50 nəfərlik qrupun üzərinə sürüb. Nəticədə azı 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan biri – orta yaşlı qadın xəstəxanada ölüb. Hadisə zamanı xəsarət alan digər 3 nəfərin müalicəsi davam edir, onların həyatı üçün hər hansı təhlikə yoxdur.
Hadisəni törədən şəxs saxlanılıb. Hücumun səbəbi araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button