Dünya

ABŞ-da qaz kəməri partlayıb, 2 nəfər ölüb

ABŞ-ın Texas ştatında qaz kəmərinin partlaması nəticəsində 2 nəfər ölüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu yerli hakimiyyətin nümayəndələri bildirib.
Hadisə ştatın Kollin dairəsində qaz kəmərində aparılan təmir işləri zamanı baş verib.
Yerli hakimiyyət partlayışın səbəbini müəyyən etmək işinə köməklik göstərməsi üçün Federal Təhqiqatlar Bürosuna müraciət edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button