İqtisadiyyat

ABŞ-da tələbələrin təhsil borcu 1,7 trln. dollara çatıb

ABŞ-da 40 milyondan çox borc alanın COVID-19 pandemiyası ilə əlaqədar dondurulmuş kreditlərinin ödəmə vaxtı oktyabrın 1-dən başlayır.
“APA-Economics” “Bloomberg”ə istinadən xəbər verir ki, Nyu-York Federal Ehtiyat Bankının məlumatlarına görə, dondurulmuş kredit ödənişlərinin ortalama aylıq məbləği 7 mlrd. dollara bərabərdir. Bildirilir ki, oktyabrın 1-dən kreditlər üzrə aylıq ödənişlərin yenidən bərpa edilməsi amerikalıların ailə büdcələrinin böyük hissəsini apararaq, istehlak bazarındakı bərpaya maneə olacaq.
Qeyd edilir ki, hazırda ABŞ-dakı tələbələrin təhsil kreditlərinin həcmi 1,7 trln. dollar təşkil edir və bu, əhalinin kredit kartları üzrə öhdəliklərinin həcmindən 2 dəfə çoxdur. Hazırda ABŞ-da işsiz əhalinin sayı pandemiyadan əvvəlki səviyyədən 7,6 mln. nəfər çox olmasının və onlar arasında tələbələrin çoxluq təşkil etməsini nəzərə alsaq, təhsil kreditlərinin ödənməsi xüsusi ilə çətinləşəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button