Dünya

ABŞ-da vaksinin buster dozasının təsiri üzərində araşdırmalar aparılır

ABŞ-ın Milli Sağlamlıq İnstitutunda (NIH) COVID-19 infeksiyasına qarşı başqa istehsalçının məhsulu olan əlavə, üçüncü vaksin dozasının təsiri üzərində araşdırmaların birinci mərhələsinə start verilib.
“Report” TASS-a istinadən məlumat verir ki, bu barədə elmi mərkəzin mətbuat xidmətindən bildiriblər.
Verilən məlumata görə, qarışıq buster sxemlərinin təhlükəsizliyini və immunogenliyini müəyyən etmək üçün COVID-19 infeksiyasına qarşı tam vaksin olunmuş yetkin yaşlı könüllülərə digər istehsalçıların məhsulu olan vaksinlərin buster dozası vurulacaq.
İnstitutun əməkdaşı Entoni Fauçinin sözlərinə görə, bu araşdırmalar ehtiyac olduğu təqdirdə qarışıq tipli təkrar peyvəndləmə ilə bağlı qərar qəbul edilməsi üçün zəmin yaradacaq.
Sınaqların ilkin nəticələrinin 2021-ci il yayın sonunda elan olunacağı gözlənilir. Buster dozası vurulmuş könüllülər il ərzində nəzarət altında olacaqlar.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button