Dünya

ABŞ-da veteranları öldürmüş tibb bacısına 7 ömürlük həbs cəzası verilib

ABŞ-ın Qərbi Virciniya ştatında 7 müharibə veteranını insulinin təhlükəli dozası ilə öldürmüş tibb bacısı Reta Meysə 7 ömürlük həbs cəzası verilib.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, tibb bacısı 2017-ci ilin iyulundan 2018-ci ilin iyununadək Klarksburq şəhərində yaşı 81-dən 96-dək olan müharibə veteranlarına inyeksiya vasitəsilə insulinin ölümcül dozasını vurub.
Veteranların İkinci Dünya müharibəsində (1939-1945) və Koreya müharibəsində (1950-1953) iştirak etdiyi bildirilir.
Tibb bacısı həmçinin, daha bir nəfəri öldürməyə cəhddə günahlandırılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button