Dünya

ABŞ-da yaşayan həmyerlimiz sambo üzrə qızıl medal qazanıb

ABŞ-da yaşayan həmyerlimiz Orxan İsmətzadə 98 kq çəki dərəcəsində sambo üzrə qızıl medal qazanıb.
“Report”un yerli bürosu xəbər verir ki, O.İsmətzadə ABŞ-ın Şimali Karolina ştatının Qrinsboro şəhərində keçirilən sambo idman növü üzrə ölkə çempionatında birincilik qazanaraq çempion olub.
O, “Report”a müsahibəsində sambo ilə uşaqlıqdan məşğul olduğunu deyib: “Ölkəmizdə keçirilən respublika turnirlərində birincilik və ikinçilik qazanmışam. 2018-ci ildən ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində yaşayıram. ABŞ-da bir sıra beynəlxalq yarışlarda iştirak etmişəm və uğurlarım çoxdur. Universal döyüşdə dünya ikincisi olmuşam.
Qızıl medal qazandığım ABŞ cempionatında ilk döyüşçü Boston, digəri isə Nyu-Jersey ştatından idi. Sonuncu görüşüm Şimali Karolinadan olan döyüşçü ilə reallaşdı. Yarışdan qalib ayrıldığım üçün xoşbəxtəm. Qalibiyyətimi Azərbaycan xalqına, ölkəmə həsr edirəm. Yaşasın Azərbaycan!”.
Vüsalə Abbasova

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button