Dünya

ABŞ-da yaşayış binasının uçması nəticəsində ölənlərin sayı artıb

ABŞ-ın Florida ştatının Mayami Deyd dairəsində yaşayış binasının dağılması zamanı ölənlərin sayı 10 nəfərə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Mayami Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava bildirib.
“Axtarışlar bütün gecə davam etdi. Biz daha bir meyiti aşkarladıq. Beləliklə, ölənlərin sayı 10 nəfərə çatdı. 151 nəfərin taleyi naməlum olaraq qalır”, – o deyib.
Xatırladaq ki, Mayami Deyd dairəsinin Sörfsayd şəhərciyində bina bir neçə gün əvvəl qismən dağılıb. Hadisə yerinə 80 xilasetmə briqadası yönləndirilib. İndiyədək onlarla insanın dağıntılar altından çıxarıldığı bildirilir.
Bina 1981-ci ildə dəniz sahilində tikilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button