Dünya

ABŞ dövlət katibinin müavini Çinə səfər edəcək

ABŞ dövlət katibinin müavini Vendi Şerman iyulun 25-26-da Çinə səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilib.
Qeyd olunub ki, V.Şermanın Çin rəsmiləri, o cümlədən xarici işlər naziri Van İ ilə görüşü planlaşdırılıb.
O, Çindən iyulun 27-də Omana yola düşəcək. Şerman orada Oman xarici işlər nazirinin müavini şeyx Xəlifə əl-Xarti ilə görüşəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button