Dünya

ABŞ dövlət katibinin Yaxın Şərqə səfər tarixi açıqlandı

ABŞ dövlət katibi Antoni Blinken Qəzzada imzalanmış atəşkəsə əməl olunmasını təftiş etmək üçün mayın 26-da İsrailə, 27-də də Fələstinə səfər edəcək.
“Report” bu barədə “Reuters”ə istinadən xəbər verir.
Dövlət Departamentinin verdiyi açıqlamaya görə diplomat bu səfər zamanı “israillilər və fələstinlilər üçün daha gözəl gələcək inşa etmək üçün birgə görüləcək işlər”i müzakirə edəcək.
Həmçinin dövlət katibinin atəşkəslə bağlı vasitəçilik etmiş Misirə və qonşu İordaniyaya da səfər edəcəyi bildirilir.
Xatırladaq ki, mayın 10-da “Həmas” hərəkatının Qəzzada yerləşən qüvvələrilə İsrail ordusu arasında qarşılıqlı raket və artilleriya zərbələri başladı. Nəticədə Fələstində 243 nəfər, İsrail tərəfində isə 12 nəfər həlak olub. Mayın 21-də tərəflər arasında atəşkəs imzalanıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button