Dünya

ABŞ Gürcüstana 67 milyon dollar qrant ayırıb

Gürcüstan ABŞ-dan 67 milyon dollar həcmində qrant alıb.
“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstan hökuməti və ABŞ-ın USAID təşkilatı arasında saziş imzalanıb.
Sənədi Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və USAID-nin missiya rəhbəri Piter Vibler imzalayıblar.
Mərasimdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və ABŞ-ın bu ölkədəki səfiri Kelli Deqnan iştirak ediblər.
“Gürcüstanın dayanıqlı inkişafının təşviqi üçün” adlı qrant proqramı çərçivəsində ayrılacaq vəsaitin 330 milyon dollara çatdırılması perspektivi var.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button