Dünya

ABŞ Haitiyə əlavə hərbçilər göndərir

“ABŞ Haitidəki səfirliyin mühafizəsini gücləndirmək üçün bu ölkəyə yalnız dəniz piyadalarını göndərəcək”.
“Report” xəbər verir ki, bunu Amerika lideri Co Bayden Ağ Evdə Almaniya kansleri Angela Merkel ilə danışıqlardan sonra açıqlayıb.
Onun sözlərinə görə, Haitiyə amerikalı hərbçilərin göndərilməsi gündəmdə deyil.
Qeyd edək ki, iyulun 6-dan 7-nə keçən gecə Haiti prezidenti Jovenel Moiz və birinci xanım, Martin Moizə qarşı iqamətgahda sui-qəsd təşkil edilib. Naməlum şəxslər iqamətgaha daxil olaraq onlara atəş açıb.
Prezident aldığı güllə yaralarından hadisə yerində keçinib, həyat yoldaşı isə yaralı vəziyyətdə ABŞ-ın Florida ştatının Mayami şəhərinə aparılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button