Dünya

ABŞ-ın axtarış elan etdiyi terrorçunu İstanbul polisi tutub

ABŞ kəşfiyyatının barəsində axtarış elan etdiyi terrorçu İŞİD qruplaşmasının üzvü 1999-cu ildə Misirdə anadan olan Mustafa Abdulvahab Sofi Mahmut Türkiyədə İstanbul polisi tərəfindən tutulub.
“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, o, İŞİD üçün bomba düzəldirmiş. Prokurorluğun hazırladığı ittihamnamədə Mustafa Sofi Mahmut və onunla əməkdaşlıq etmiş üç nəfər barəsində 22,5 il azadlıqdan məhrumetmə cəzası tələb edilir.
Məlumata görə, İŞİD üzvü Türkiyədə yeni hücum planı həyata keçirməyi planlaşdırırmış. O, internet vasitəsilə İŞİD üzvlərinə bomba düzəltmək və kimyaya dair təlimlər verirmiş.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button