Siyasət

ABŞ-ın Azərbaycandakı səfirliyi vəkillərlə bağlı qərarı alqışlayır

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi insan haqları üzrə vəkillər Şəhla Hümbətova və İradə Cavadovanın Azərbaycan Vəkillər Kollegiyasında üzv kimi bərpası haqda verilən qərarı alqışlayır.

Bu barədə “Report”a səfirlikdən məlumat verilib.

“Dünyanın demokratik dövlətlərində insan haqları üzrə vəkillər insan haqlarının, demokratiyanın və qanun aliliyinin qorunmasında müstasna rol oynayırlar. Xanın Hümbətova, xanın Cavadova, və digər çoxsaylı vəkillərin cəsarətli səyləri nəticəsində ehtiyacı olan icmalar və sıravi vətəndaşlar hüquq xidmətlərindən faydalanmaq imkanı qazanırlar”, – məlumatda bildirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button