Dünya

ABŞ-ın dövlət katibi İsrail və Fələstinə səfər edəcək

ABŞ-ın dövlət katibi Entoni Blinken yaxın günlərdə tərəflərlə görüşmək üçün İsrail və Fələstinə səfər edəcək.
“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prayz yazılı açıqlamasında bildirib.
Onun sözlərinə görə, mayın 20-də E.Blinkenlə İsrailin xarici işlər naziri Qabi Aşkinazi arasında iki dəfə telefon danışğı olub. N.Prayz qeyd edib ki, dövlət katibi bölgədə sabitliyin qorunması üçün ABŞ-ın bütün müttəfiqləri ilə yaxın təmasda olacaq.
Qeyd edək ki, mayın 20-də İsrailin Nazirlər Kabineti Qəzzada atəşkəs barədə qərar qəbul edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button