Dünya

ABŞ-ın dövlət katibi Orta Şərqdə səfərdədir

ABŞ-ın dövlət katibi Entoni Blinken mayın 25-də İsrailə səfər edib.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, onu Ben-Qurion hava limanında İsrailin xarici işlər naziri Qabi Aşkinazi qarşılayıb.
Entoni Blinken səfər zamanı keçirdiyi görüşlərdə mayın 21-də İsraillə “Həmas” təşkilatı arasında əldə edilən atəşkəsin dəstəklənməsi və Qəzza zolağına humanitar yardımın çatdırılması kimi məsələləri müzakirə edəcək.
Dövlət katibi mayın 25-də İsrailin baş naziri Binyamin Netanyahu, xarici işlər naziri Qabi Aşkinazi ilə görüşəndən sonra Fələstinə, Ramallaha yola düşəcək. O, Fələstinin dövlət başçısı Mahmud Abbas və baş nazir Məhəmməd İştiyyə ilə görüşəcək.
O, İsrail və Fələstindən sonra Misir və İordaniyaya yola düşəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button