Dünya

ABŞ-ın iqlim elçisinin Çinə səfəri gözlənilir

ABŞ-ın iqlim məsələləri üzrə elçisi Con Kerri Vaşinqton və Pekin arasındakı gərginliyin dərinləşməsi fonunda iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq etmək üçün gələn həftə Çinə getməsi gözlənilir.

İstiqlal.az Washington Post qəzetinə istinadla xəbər verir ki,  Kerrinin Çin rəsmiləri ilə Şanxayda görüşü nəzərdə tutulub.

Alyaskada yüksək çinli və amerikalı diplomatlarla sərt ittihamlar və təhqirlərlə başa çatan üz-üzə görüşdən bir ay keçməmiş bu səfər Bayden administrasiyasında yüksək vəzifəli bir şəxsin Çinə ilk rəsmi səfəri olacaq.

Buna baxmayaraq, ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, hazırda elan edəcək bir səyahət planı yoxdur. Çinin Xarici İşlər Nazirliyi isə mümkün  səfərlə əlaqədar suallara cavab verməyib.

C.Kerrinin hələ də təxirə salına biləcək həssas səfəri müzakirə etmək üçün adının açıqlanmaması şərti ilə Washington Post qəzetinə açıqlama verən ABŞ rəsmilərindən birinin dediyinə görə, Kerrinin çinli həmkarı  Xie Zhenhua ilə görüşməyi planlaşdırılıb. Dövlət Departamentindən verilən məlumata görə, Kerri və Xie artıq müzakirələrə başlayıb: “Səfər, hər iki tərəfin qlobal nüfuz uğrunda mübarizə apararkən insan haqları, ticarət tətbiqetmələri və təhlükəsizlik məsələləri ilə toqquşması səbəbindən Bayden rəhbərliyinin Çinlə işləmək və ona qarşı mübarizə səylərini vurğulayır”.

Xatırladaq ki, Tramp administrasiyası dövründə iki ölkə arasındakı münasibətlər Sincanda insan haqlarının pozulması, Honq Konqun xüsusi statusunun pozulması, Pekinin ədalətsiz ticarət tətbiqetməsində ittihamları, pandemiya ilə bağlı şəffaflığın olmaması və müxtəlif bölgələrdə Çin hərbi təcavüzü kimi mövzularda pisləşmişdi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button