İqtisadiyyat

ABŞ-ın kommersiya neft ehtiyatları azalıb

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə azalıb.
“APA-Economics”in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 4 079 min barel azalaraq təqribən 441 397 min barel təşkil edib.
Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 4 333 min barel azalacağını gözləyirdi.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button