Dünya

ABŞ-ın vitse-prezidentinin təyyarəsində texniki nasazlıq yarandı

ABŞ-ın xarici ölkəyə ilk rəsmi səfərə yola düşən vitse-prezidenti Kamala Harrisin təyyarəsində uçuşdan bir neçə dəqiqə sonra texniki nasazlıq yaranıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə vitse-prezidentin baş məsləhətçisi və mətbuat katibi Simona Sanders bildirib.
O, qeyd edib ki, təyyarə Endryus (Merilend ştatı) hərbi bazasına qayıdıb. Simona Sandersin sözlərinə görə, vitse-prezident təyyarəni dəyişəcək və Qvatemalaya uçuşunu davam etdirəcək. “Bu texniki problemdir. Təhlükəsizlik üçün ciddi narahatlıq yoxdur”.
Harrislə birlikdə xarici səfərə yola düşən jurnalistlər isə bildirib ki, təyyarə yerli vaxtla saat 14:22-də ( Bakı vaxtı ilə saat 22:22) bazadan uçub, amma saat 14:53-də (Bakı vaxtı ilə saat 22:53) geri qayıdıb. Onlar qeyd ediblər ki, uçuş vaxtı şassidə qeyri-adi səs-küy eşidilib, ancaq enmə tamamilə normal baş tutub.
Harris 7-8 iyunda Meksikaya və Qvatemalaya səfər edəcək. O, ABŞ-a Amerika-Meksika sərhədi vasitəsilə kütləvi emiqrasiya problemini müzakirə etmək niyyətindədir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button