İqtisadiyyat

ABŞ iqtisadi bərpa prosesində gözlənilməz maneələrlə qarşılaşıb

ABŞ hökuməti pandemiya ilə mübarizədə qazandığı uğurlar və koronavirus məhdudiyyətlərinin aradan qaldırılması fonunda ölkə iqtisadiyyatının kifayət qədər sürətlə bərpa olunacağını hesab edir. Buna baxmayaraq, ABŞ planlarının həyata keçirilməsində bir sıra maneələrlə qarşılaşıb.
“APA-Economics”in məlumatına görə, bu barədə “Reuters” agentliyi yazır.
Məlumata görə, Riçmonddakı Federal Ehtiyat Bankının rəhbəri Tomas Barkin qeyd edib ki, biznesin fəaliyyəti ilə bağlı olan anomaliyalar iqtisadi artımı çətinləşdirəcək.
O, xüsusilə, istirahət parklarının işçi çatışmazlığı səbəbindən iş saatlarını məhdudlaşdırmaq məcburiyyətində qaldığını qeyd edib. Ölkədə işsizlik nisbəti yüksək olsa da, işçi heyəti çatışmazlığı var. Avtomobil salonlarının rekord satışa nail olmaq istədiyi bir vaxtda avtomobil sənayesi tədarük problemi səbəbindən istehsalı ləngidir.
“Normal işə qayıtmağın bu qədər çətin olacağını kim bilirdi ki?”, – Barkin soruşur.
Hazırda ABŞ-da istehlakçılar vətəndaşlar üçün davamlı dəstək tədbirləri də daxil olmaqla pul xərcləmək imkanına malikdir.
Son həftələr ərzində ölkə əhalisinin ödənişli xidmətlərə görə etdiyi xərclərdə artım müşahidə edilir, restoranlara gələn müştərilərin sayında da artım var. Buna baxmayaraq, kafe və restoran sahibləri müştərilərə xidmət edəcək personalın az olduğundan şikayət edir.
Bununla belə, ABŞ-da işsizlərin sayı pandemiyadan əvvəl olduğundan 7 mln. çoxdur, biznes isə rekord sayda vakansiyanın bağlaya bilməməsindən gileylənir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button