Dünya

ABŞ İranın 2 milyon barel neftini satıb

ABŞ Birləşmiş Ərəb Əmirliklərinin sahillərində saxlanılan “Achilleas” tankerindəki İran neftini satıb.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” məhkəmə sənədlərinə istinadən xəbər verir.
Tanker fevral ayında Füceyrə əmirliyi sahillərində ABŞ tərəfindən saxlanılıb. Məhkəmə sənədlərinə görə, gəmi ABŞ-ın terrorla mübarizə qanunlarına uyğun olaraq müsadirə edilib.
Amerika rəsmiləri iddia edir ki, ABŞ-da terror təşkilatı elan edilən İslam İnqilabı Keşikçiləri Korpusunun tankeri Çinə neft satmaq üçün istifadə edilib.
Prokurorlar bildirib ki, İran nefti İraq nefti kimi təqdim olunub. Nəticədə “Achilleas” tankeri Texas ştatının Hyuston şəhərinə aparılıb, 2 milyon bareldən çox xam neft 110 milyon ABŞ dollarına satılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button