Dünya

ABŞ İranın 3 iş adamının adını “qara siyahı”dan çıxarıb

ABŞ-ın Maliyyə Nazirliyi İrana tətbiq etdiyi sanksiyalar siyahısından 3 iranlı iş adamının adını çıxarıb.
“Report” xəbər verir ki, məlumatı “Reuters” yayıb.
Nazirlik bunu həmin şəxslərin İranla bağlı siyasətilə heç bir əlaqəsinin olmaması ilə əlaqələndirib.
Məlumata görə, Daniel Behzad Firdevs, Mehrzad Manuel Firdevs ve Muhammed Rıza Dezfulian bir müddət əvvəl “Mahmud Sənaye qrupu” və “Mahmud Diesel” şirkətləri ilə əlaqəli sayılaraq sanksiyalar siyahısına daxil edilmişdi.
ABŞ rəsmiləri bunun Vyanada İranın nüvə proqramına dair razılaşma ilə heç bir əlaqəsinin olmadığını bildiriblər. Qeyd edək ki, iyunun 10-da ABŞ Maliyyə Nazirliyi İnqilab Keşikçiləri Qvardiyasının Qüds qoşunları və Yəməndəki husi qiyamçıları ilə əlaqəli olduqları iddiası ilə 7 nəfər, 4 şirkət və bir gəmiyə sanksiya tətbiq edilmiş, İran Milli Neft Şirkətinin keçmiş baş direktoru Əhməd Kalebani də daxil olmaqla 3 nəfər və 2 şirkətin adı “qara siyahı”dan çıxarılmışdı.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button