Dünya

ABŞ Myanma hərbi rejimə səsləndi: Xalqa qarşı şiddəti dayandırın

“ABŞ Myanma xalqına hərbi çevrilişə qarşı mübarizədə dəstəyini davam edəcək”.

İstiqlal.az xarici KİV-əistinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken ötən gün açıqlamasında deyib. Bilidirb ki, Myanma hərbi rejimi myanma xalqının ölkəni demokratiyaya qaytarmaq istəyinə qarşı çıxmağa davam edir: “Rejim, vətəndaşlarının açıq istəkləri ilə razılaşmaq əvəzinə, təzyiqləri vəhşicəsinə gücləndirib, 1 fevraldan bu yana bir çox uşaq da daxil olmaqla 650-dən çox insanı öldürüb, 3200-dən çox insanı həbs edib”.  Dövlət katibi əlavə edib ki, ABŞ myanma  xalqına qarşı şiddət tətbiq edərkən rejimə fayda gətirən iki dövlətə məxsus müəssisəni təyin edərək rejimin əsas iqtisadi mənbələrə çıxışını məhdudlaşdırmaq üçün əlavə tədbirlər görür. ABŞ Myanma Timber Enterprise (MTE) və Myanma Pearl Enterprise (MPE) adlı iki Birma dövlət şirkətinə sanksiya tətbiq edib”.

ABŞ Myanma hərbi rejimini xalqa qarşı şiddəti dayandırmağa, haqsız yerə həbs olunanların hamısını azad etməyə və Birmanın demokratiya yolunu bərpa etməyə çağırır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button