Dünya

ABŞ Oman körfəzində silah-sursatla dolu gəmini ələ keçirib

ABŞ Oman dənizində silah yüklü gəmini ələ keçirib.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, “Ərəb yelkənlisi” olaraq tanınan bayraqsız silah yüklü gəmi Oman körfəzinin şimalında əməliyyat nəticəsində ələ keçirilib.
Gəmidə Çin istehsalı olan minlərlə avtomat “Kalaşnikov” və yüzlərlə ağır pulemyot, snayper tüfəngləri, habelə Rusiya istehsalı olan onlarla tank əleyhinə idarəolunan raket olduğu bildirilib.
Məlumata görə, Yəməndəki husi qiyamçılarına silah və sursat bu yolla ötürülür.
Oman körfəzinin sahilyanı ölkələri İran, Oman, Pakistan və Birləşmiş Ərəb Əmirlikləridir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button