Dünya

ABŞ, Polşa, Litva və Ukrayna birgə hərbi təlim keçirəcək

ABŞ, Polşa, Litva və Ukryana hərbçilərinin iştirakı ilə iyulun 17-dən 30-dək “Üç Arzu-2021” adlı təlim keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Təlimlər 1 200 hərbçi, 200-dən artıq hərbi texnikanın iştirakı ilə Lvov vilayətinin Yavorov poliqonunda baş tutacaq.
Qeyd edək ki, ötən həftə Ukrayna, ABŞ və 30-dan çox dövlətin iştirakı ilə Qara dənizdə hərbi təlimlər başlayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button