Dünya

ABŞ Qara dənizə desant gəmisi göndərib

ABŞ Qara dənizə USNS “YUMA” nəqliyyat-desant sürət gəmisi göndərib.
“Report” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 6-cı Dənizi Donanması tviter səhifəsində məlumat yayıb.
“USNS “YUMA” Qara dənizin şimalında NATO-dakı müttəfiqlərimizlə qarşlıqlı fəaliyyətimiz üçün araşdırmalara başlayıb”, – donanmadan bildirilib.
Qeyd edək ki, iyunun 28-də Qara dənizin şimal-qərbində, o cümlədən Ukraynanın Nikolayev, Xerson və Odessa vilayətlərində “Sea Breeze” çoxmillətli hərbi təlimləri başlayıb. Təlimlərdə 3 minə yaxın hərbçi iştirak edir. Bu, son 20 ilin ən genişmiqyaslı təlimi hesan olunur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button