Dünya

ABŞ rəsmisi Gürcüstan baş naziri ilə regiondakı yeni geosiyasi vəziyyəti müzakirə edib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan ABŞ Dövlət Departamentinin nümayəndəsi Filip Rikerlə görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, tərəflər strateji tərəfdaşlıq, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.
Görüşdə müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığa xüsusi diqqət ayrılıb. İqtisadi əməkdaşlıq, həmçinin mühüm infrastruktur layihələrin reallaşdırılması məsələləri də müzakirə olunub.
Regiondakı hazırkı vəziyyət və yeni geosiyasi mühit də müzakirə olunan məsələlər arasında olub, Gürcüstanın regional təhlükəsizlik kontekstində oynaya biləcəyi funksiya nəzərdən keçirilib.
İ.Qaribaşvili tvitter hesabında yazıb ki, F.Rikerin səfəri ABŞ-ın Cənubi Qafqaz bölgəsinə artan marağını aydın şəkildə nümayiş etdirir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button