Dünya

ABŞ səfirliyi Nikol Paşinyanla görüş barədə məlumatı təkzib edib

ABŞ-ın Yerevandakı səfirliyi səfir Lin Treysinin bu ilin aprel ayında Sünik vilayətinə səfəri zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməsi barədə mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, diplomatik nümayəndəlik məsələ ilə bağlı açıqlama yayıb.
Məlumatlara görə, N.Paşinyan Sünikə səfəri zaman orada olan ABŞ səfiri Lin Treysi ilə mehmanxanalardan birində gizli görüş keçirib. İddialara görə həmin görüşdə Azərbaycan tərəfindən nümayəndə də iştirak edib.
Səfirliyin açıqlamasında qeyd edilib ki, səfirin Sünikə zəfəri zamanı orada heç bir rəsmi şəxslə görüşü olmayıb: “Səfir Lin Treysi Sünikdə Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Armen Sarkisyanla nə görüşüb, nə də danışıqları aparıb”.
Səfirlik bildirib ki, L.Treysi Sünikdə yerli vəzifəli şəxslərin köməyi ilə səfirliyin layihəsini reallaşdıran tərəfdaşlarla görüşüb, pandemiyanın və İkinci Qarabağ müharibəsinin nəticələri ilə tanış olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button