İqtisadiyyat

ABŞ şirkətlərinin nağd vəsaitlərinin həcmi rekorda çatıb

Vergi qanunlarında dəyişikliklər nəticəsində ABŞ şirkətləri tərəfindən saxlanılan nağd vəsaitlərinin həcminin iki il ardıcıl olaraq azalmasından sonra ölkənin qeyri-maliyyə şirkətlərinin nağd vəsait balansları ötən il 32% artaraq ilin sonuna 2,15 trln. dollara çatıb ki, bu da rekord göstərici sayılır.
“APA-Economics”in məlumatına görə, bu barədə “Moody’s Investors Service”in (“Moody’s”) açıqlamasında deyilir.
Məlumata görə, şirkətlərin kapital qoyuluşları 5%, satınalma xərcləri 24%, xalis səhmlərin geri alınması (“buyback”) xərcləri isə 36% azalıb.
“Moody’s”ə görə, ən çox nağd vəsait “Apple”, “Microsoft”, “Alphabet”, “Amazon” və “Facebook” şirkətlərində cəmləşib. Onlar tərəfindən ümumilikdə 611 mlrd. dollar nağd vəsait saxlanılır ki, bu da 2020-ci ilin sonuna ümumi korporativ vəsait balansının 27%-ni təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button